"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri qəsəbəsində “şəhid bulağı”nın açılşı olub

--2019-04-23 / 08:03

Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində şəhid Vüqar Tağıyevin adını daşıyan bulaq kompleksinin açılış mərasimi olub. Binəqədi RiH –in təşəbbüsü və Biləcəri bələdiyyəsinin dəsətyi ilə inşa edilən açılışda Binəqədi rayon icra Hakimiyyətinin məsul əməkdaşları, Biləcəri bələdiyyəsinin rəsmiləri və qulluqçuları, habelə şəhidin oxuduğu 297 saylı məktəbin müəllim və şagird heyəti, yaxın qohumları iştirak edib.

Çıxış edən şəhid anası Lyubov Tağıyeva onun müraciətinin müsbət həll olunmasında əziyyəti keçən hər kəsə təşəkkürünü bildirib.

şəhid anası L.Tağıyeva ölkə başçısı cənab ilham əliyevin və Birinci vitse-prezident Mheriban xanım əliyevanın diqqət və qağısının daima şəhid ailələrinin üzərində olduğundan danışıb.
Daha sonra şəhidin doğum günü münasibətilə ehsan süfrəsi təşkil edilib.

Belediyye.info

ŞƏRHLƏR